Dünya

İŞİD-ə "İslam dövləti" deməyin

19 Sentyabr 2014 21:55
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İslam dinini ləkələmək üçün məqsədli formada İŞİD terror təşkilatı barədə "İslam Dövləti" ifadəsini istifadə etməkdədirlər"

Milli.Az islamazeri-yə istinadən bildirir ki, Ayətullah Məkarim Şirazi mediada İŞİD terror təşkilatı barədə "İslam Dövləti" ifadəsinin istifadə edilməməsi barədə fikirlərini açıqlayıb:

"Amerikalılar və avropalılar İslam dinini ləkələmək üçün məqsədli formada İŞİD terror təşkilatı barədə "İslam Dövləti" ifadəsini istifadə etməkdədirlər.

Bu terrorçular həqiqətən müsəlmandır və bunların bir dövləti var? Günahsız insanların qanını tökən, müsəlmanların namuslarına təcavüz edən, evlərini yıxan, İslam cəmiyyətində terror edib sabitliyi pozan bu zalımların İslamla necə oxşar tərəfi ola bilər ki?

Görəsən bunlara "dövlət" deyilə bilərmi? Bu əli qanlı terror təşkilatı haqqında "İslam Dövləti" təbirini amerikalılar və avropalılar sırf İslamı ləkələmək üçün istifadə etməkdədir. Müsəlmanlar İŞİD-ə "İslam Dövləti" deməkdən çəkinməlidirlər.

Görəsən İslam "insanların başlarını kəsin" deyir? Görəsən İslam "cihad nigahı" adı altında ən çirkin həyasızlıqları əmr edir?

Son dəfə Səudiyyə Ərəbistanın baş müftisi də bunların dininin olmadığını və İslamdan çıxdıqlarını dedi. Bu terrorçular zülmlərini və həyasızlıqlarını elə bir səviyyəyə çatdırdı ki, artıq ərəb şeyxləri də bunların İslama yad olduqlarını təsdiqləyir."

ABŞ-ın İŞİD əleyhinə koalisiyası barədə də danışan Ayətullah Məkarim Şirazi belə deyib: "Qəribə bir vəziyyət yaranıb. Cinayətkarla hakim yer dəyişdirib. Bu qruplar dünən sizin dəstəklədiklərinizdir. Siz onlara aşkar dəstək verirdiniz və indi isə mühakimə etməyə çalışırsınız. Onlar sizin yetişdirdiklərinizdilər və hər cür dəstəyi siz verirdiniz.

Bu həqiqətdə insanların ağılları ilə istehza etmək deyil? Nəyə görə hər kəs və hər şey ABŞ-ın, qərbin mənfəətlərinə qurban edilməlidir? Bu qrupu yaradan siz indi İraq və Suriyaya girmək istəyirsiniz. Hansı beynəlxalq təşkilat sizə başqa ölkələrə girmək haqqı verib? Bu addım üçün BMT Təhlükəsizlik Şurasının icazəsinə ehtiyac yox idi? Siz İraqa girmək üçün kimdən icazə aldınız?

Bəli, hadisələr göstərir ki, bütün bu qruplar heç bir qanun tanımırlar. Onların zahirən cilvəli sözlərinə inanmayaq. Uca Allah dünyanı bunların şərrindən qorusun."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.