Dünya

Ukrayna prezidenti: "Müharibə adyallarla udulmur"

18 Sentyabr 2014 21:56
2 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ Konqresində çıxışı zamanı Amerikanı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.
 

"Mən ABŞ-a müraciət edərək işğalçıya qarşı əlavə sanksiyalar tətbiq etməyi xahiş edirəm. Ukraynalı hərbçilərə mümkün qədər çox hərbi texnika və silah gərəkdir. Onların buna ciddi ehtiyacı var. Biz müharibəni adyallarla uda bilmərik", - deyə Poroşenko bildirib.
 

Onun sözlərinə görə, atəşkəs zamanı Donbasda 17 ukraynalı hərbçi həlak olub: "17 nəfər həlak olub, 67 nəfər yaralanıb. Bu qurbanlar üçün onlara minnətdarıq. Sülh üçün belə ödünc veririk".
 

P.Poroşenkonun sözlərinə görə, hazırda Ukraynaya ABŞ-ın dəstək verməsi xüsusilə vacibdir. O, Rusiyanı işğalçı dövlət adlandırıb.

ABŞ isə Ukraynaya əlavə yardımlar etməyə hazırdır. Kiyevə 53 milyon dollar veriləcək ki, bu pulların 46 milyonu "Ukrayna silahlı qüvvələri və Sərhəd Xidmətinin dəstəklənməsinə yönələcək".
 

ABŞ-ın ticarət naziri Penni Pristker rəsmi nümayəndə heyətinin başçısı qismində sentyabrın 26-27-də Kiyevdə rəsmi səfərdə olacaq.
 

Pyotr Poroşenko konqresmenlərin qarşısında çıxış edərkən onu da vurğulayıb ki, Krımın ilhaqı Ukraynaya qarşı düşmənçilik addımıdır və Kiyev yarımadanın işğalı ilə heç zaman barışmayacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.