Dünya

Türkiyə ordusunda 150 əsgər zəhərləndi

1 Sentyabr 2014 11:12
0 Şərh     Baxış: 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə hərbi hissədə 150 əsgər zəhərlənib.

Anspress-in məlumatına görə, hadisə Tekirdağın Malkara bölgəsindəki hərbi birləşmələrdən birində qeydə alınıb. Axşam yeməyindən zəhərləndikləri iddia edilən 150 əsgər ürək bulanma, qusma və baş gicəllənməsi şikayəti ilə xəstəxanaya aparılıb.

Əsgərlərin bir hissəsi müalicə aldıqdan sonra hərbi hissəyə göndərilib. Yerdə qalan hissə isə həkim nəzarətində saxlanılıb. Həkimlər 3 əsgərin vəziyyətinin ağır olduğu nəzərə alınaraq Tekirdağ Dövlət Xəstəxanasına sövq edilib.

Hərbi ekspertiza əsgərlərin yediyi axşam yeməyindən nümunə götürərək araşdırma aparmağa başlayıb. Faktla bağlı istintaq başladılıb və araşdırmalar aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.