Dünya

İsrail fələstinlilərin dəfn mərasimini də atəşə tutdu - FOTO

25 İyul 2014 19:08
4 Şərh     Baxış: 1 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Fələstinin Qəzza bölgəsindəki hərbi əməliyyatlarına və vəhşiliyinə etiraz etmək, Qəzzaya dəstək olmaq məqsədilə Qərbi Şəriadakı Rəmallah şəhərindən Qüdsə minlərlə fələstinli yollanıb. Kalendiya nəzarət-buraxılış məntəqəsində İsrail polisləri və hərbçiləri dinc yürüşün qarşısını alıblar.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, aksiya iştirakçıları ilə polis arasında toqquşma olub. Qarşıdurma zamanı israilli hərbçilərlə polislər atəş açıblar və iki fələstinlini qətlə yetiriblər.
 

Həlak olmuş fələstinlilərdən biri - 19 yaşlı Məhəmməl əl Əraj bu gün dəfn olunub.

Dəfn mərasiminə minlərlə fələstinli qatılmışdı. Mərasim də atəşə tutulub.
 

Kalendiyadakı toqquşmada 27 yaşlı Məcid Sufyan da həlak olub, 150 nəfər də yaralanıb.

Qüdsün Vadi əl Cevz səmtində isə cümə namazından sonra fələstinlilərlə İsrail polisləri arasında toqquşma olub. Polislərin bir neçəsi atəş açıb, fələstinlilər onları döyməyə başlayıblar.
 

İsrailli polislər qaçıblar.

İsrailin iyulun 7-də Fələstinin Qəzza bölgəsində başladığı "Sarsılmaz qaya" əməliyyatında 825 fələstinli həlak olub, 5260 nəfər yaralanıb. Ölənlərin 200-ü üşaqlar, 99-u isə qadınlardır.
 

İsrail ordusu isə 33 hərbçisin itirib, 463 israilli yaralanıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.