Dünya

Rusiyanı öz imzasına hörmət etməyə çağırdılar

19 Aprel 2014 20:04
0 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya Ukraynaya dair yeni Cenevrə anlaşmasına sadiq qalmazsa və ya Şərqi Ukraynaya ordu yeritmək qərarı verərsə, Moskva yeni sanksiyalarla üzləşəcək".

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays söhbətin konkret olaraq Rusiya iqtisadiyyatının ən böyük sektorlarından getdiyini bildirib.

Ağ Ev rəsmisi deyib: "Amerika yaxın günlərdə Rusiyanın Şərqi Ukraynadakı separatçıların silahları təhvil verməsi və zəbt edilən inzibati binaları tərk etməsi üçün öz təsirindən necə istifadə elədiyini diqqətlə izləyəcək".

Qeyd edək ki, Cenevrə sazişi imzalanandan az sonra separatçılar bu anlaşmanın onlara dəxli olmağını bəyan ediblər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.