Video

Körpəsi ilə yanan binada qalan jurnalistdən son xəbər - YENİLƏNİB - VİDEO

19 May 2015 14:20
3 Şərh     Baxış: 40 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:20

Bakıda yaşayış binasında baş verən yanğında evdə qalan jurnalist Sevinc Fədai, onun azyaşlı övladı və anası xilas ediliblər.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilən şəxslər təcili tibbi yardım briqadasına təhvil veriliblər. 

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

----------

12:40

Jurnalist Sevinc Fədai binanı tərk edə bilməyib.

Sevinc Fədai axar.az-a açıqlamasında bildirib ki, uşaqla birlikdə evdədir:

"Uşaqla birlikdə evdəyik. Anam da bizimlədir. Hələ ki, heç kim yoxdur. Evdə yanğın yoxdur. Tüstü vurur. Çıxmaq olmur buradan. Heç kim binaya daxil ola bilmir".

Xatırladaq ki, Sevinc Fədai jurnalist Mövlud Mövludun həyat yoldaşıdır.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.