İdman

Futbolçular Tüdordan şikayət etdilər

27 May 2017 17:30
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Galatasaray" klubun prezidenti Dursun Özbək "Life+" tv-yə müsahibə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, prezident futbolçuların Tüdoru göndərmək üçün zəif oynadığı iddialarını rədd edib:

"Klubumuzda qruplaşmalar olduğu bəzilərinin istəkləridir ki, onları dilə gətirirlər. Tüdor kluba yeni gələndə futbolçular şikayətlənmişdilər. Bu da məşqçlərin ağırlığı, futbolçuların çox yüklənməsi ilə bağlı idi. Ancaq bu problem aradan qalxıb. "Galatasaray"da münasibətlər dörd-dördlükdür. İş prosesində bəzən müəyyən anlaşılmazlıqların olması da tam normaldır. Rəhbərliyim altında futbolçular heç vaxt məşqçini göndərmək üçün səviyyələrindən daha aşağı çıxış etmədilər, etməyəcəklər". 

Dursun Özbək Tüdorun keçidinin etik olmadığı barədə söhbətlərə də münasibət bildirib:

"Tüdorun gəlişində etikadan kənar heç bir şey olmayıb. "Karabükspor"dan çıxma haqqını kullandı. Biz də məşqçi axtarışında idik və bizə gələ biləcəyini söylədi. Sərbəst qaldıqdan sonra bizimlə anlaşdı. Tüdor da 100 minlik çıxış maddəsini klubun zorla qoyduğunu bildirmişdi. İndi niyə şikayət edirlər? "Karabükspor" o maddəni qoyarkən həmin məbləğ ödənəndə məşqçinin sərbəst qalacağını bilmirdi? Bizim Tüdorla belə bir anlaşmamız yoxdur".

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.