İdman

Ronaldu vətənində “İlin ən yaxşı futbolçusu” seçildi

21 Mart 2017 09:36
2 Şərh     Baxış: 644

Madrid "Real"ının və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu "İlin ən yaxşı futbolçusu-2016" mükafatına layiq görülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat verib.
 
Bu il K.Ronaldu 4-cü dəfə "Qızıl top"  mükafatını qazanıb, həmçinin 27 xəbər agentliyinin nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə Avropanın ən yaxşı idmançısı seçilib. Ötən il K.Ronaldu Madrid "Real"ı ilə İspaniya, Portuqaliya yığması ilə isə Avropa çempionatının qalibi olub.
 
Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş  "İlin ən yaxşı məşqçisi"  mükafatı ilə təltif olunub. Qaliblərinin mükafatlandırılma mərasimi Eştoril şəhərində keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Fc Barcelona · 21 Mart 12:0130

    Indi görün portuqaliyanin ne qeder zeifdirki futbolçulari ronaldo 1.yere çixib))))))

    Cavab yaz
    • Anonim
      Qenire xanim · 21 Mart 12:3520

      Mencede

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.