İdman

Kəpənək tennisçinin elə yerinə girdi ki... - VİDEO

18 Yanvar 2017 20:30
3 Şərh     Baxış: 3 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tennis üzrə Avstraliya açıq çempionatında qeyri-adi hadisə yaşanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Böyük Britaniya idmançısı Yohanna Konta birinci mərhələnin oyunu zamanı maraqlı vəziyyətlə üzləşib.

Belçikalı Kirsten Flipkenslə qarşılaşma zamanı kortda peyda olan kəpənək Kontanı çaşbaş salıb. Belə ki, kəpənək tennisçinin ətəyinin altına girib.
 
Topu oyuna daxil etməyə hazırlaşan britaniyalı "çağırılmamış qonağ"ı qovmaq üçün ətəyini də yuxarı qaldırıb. Yohanna kəpənəyin olmadığını görəndən sonra topu oyuna daxil edib. Bununla, idmançı tribunaların gülüş mənbəyinə çevrilib.
 
Qeyd edək ki, Kontanın qələbəsinə kəpənək də mane ola bilməyib. Turnirin 9-cu reketkası olan britaniyalı 7:5, 6:2 hesabı ilə qalib gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Kəpənək tennisçinin elə yerinə girdi ki...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.