İdman

Zaur Svanadze: "Qələbəyə layiq idik"

23 Oktyabr 2016 22:47
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oyunun ilk hissəsində yaxşı oynamadıq. Ancaq ikinci 45 dəqiqəni çox yaxşı keçirdik. Bir neçə qol imkanı yaratdıq. Ancaq təəssüf ki, bunları reallaşdıra bilmədik".
 
Milli.Az sportnet.az-a istinadən bildirir ki, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının IX turunda "Kəpəz"lə səfərdə qolsuz bərabərliklə nəticələnən matçdan sonra mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, oyunda qələbəyə daha layiq olublar: "Yaratdığımız qol imkanlarından heç olmasa, birini reallaşdırsaydıq, buradan 3 xalla qayıdardıq. Gəncədəki hava şəraiti və digər çətinliklərə baxmayaraq, oyunumuzdan razı qaldım. Ümumilikdə götürsək, matçda 3 xal qazanmağa layiq idik. Ancaq qazandığımız 1 xala da razıyıq" (sportnet.az).
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.