İdman

Fransa yığmasının baş məşqçisi Bakıda özünü sərbəst hiss edir

24 İyul 2016 13:39
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda özünü sərbəst hiss edirsən. Milli.Az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə Fransa yığmasının baş məşqçisi Svetlana Mustafayeva deyib.

O qeyd edib: "Biz Bakıda Avropa çempionatı və Avropa Oyunlarında olmuşuq. Yəqin ki, bu, soyadımdan irəli gəlir, Bakıda özümü sərbəst hiss edirəm. Dəstəyə görə tamaşaçılara təşəkkür edirəm. Sizin möhtəşəm arenanız var, burada çıxış etmək zövq verir".

Öz yetirməsi olan Kseniya Mustafayevanın çıxışına toxunan baş məşqçi vurğulayıb ki, nəticədən razıdır.

"Biz artıq ötən gün yaxşı çıxış etdik, dörd finalın hamısına yüksəldik və Kseniya özünü çox yaxşı göstərdi. Bu gün də yaxşı başladı. İlk hərəkətin həmişə çətin olmasına baxmayaraq, Kseniya öhdəsindən gəldi və yaxşı nəticə əldə etdi. Toparlanmaq və digər finallarda uğurlu çıxış etmək lazımdır".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.