İdman

"Məni sübut olmadan cinayətdə təqsirləndirirlər"

7 Oktyabr 2015 22:07
0 Şərh     Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA prezidenti Yozef Blatter İsveçrə məhkəməsinin ona qarşı cinayət işi açmaq qərarına münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Blatter həqiqətin qalib gələcəyinə əminliyini ifadə edib. Xatırladaq ki, 79 yaşlı futbol funksionerinə vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və mülkiyyətə qeyri-qanuni yiyələnmə maddələri ilə ittiham irəli sürülüb.

"Vəziyyət xoşagələn deyil. Məni sübut olmadan cinayətdə təqsirləndirirlər. Birabırçılıqdır! Amma bu, araşdırmadır. Növbədənkənar prezident seçkilərinə qədər (26 fevral) mübarizə aparacam. Həm özümə, həm də FİFA-ya görə. Əminəm ki, sonda pislik su üzünə çıxacaq və yaxşılıq qalib gələcək" - Blatter mətbuata açıqlamasında deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.