İdman

Zaur Svanadze havaya güvənir

31 İyul 2015 09:24
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bacardığımızı etdik. Lakin rəqib çox güclü idi və "Atletik" layiqli qələbə qazandı".

Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının III təsnifat mərhələsində "Atletik"ə uduzduqları görüşdən (0:2) sonra deyib.

Komandasının mərhələ keçmək şansının az olduğunu deyən gürcüstanlı mütəxəssis eyni zamanda "Atletik"ə Bakıda çətin olacağını bildirib: "Bu məğlubiyyətdən sonra mərhələ keçmək şansımız azdır. Lakin bunun üçün əlimizdən gələni edəcəyik. Bəzi futbolçularım ilk dəfə idi ki, belə stadionda oynayırdılar. Düşünürəm ki, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Cavab matçında atmosferin tamamilə başqa olacağını deyə bilərəm. Bakıda 40 dərəcə istidə və süni örtüklü meydanda oynamaq "Atletik"ə çətin olacaq".

Qeyd edək ki, "İnter" və "Atletik" arasına cavab görüşü avqustun 5-də, Bakıda keçiriləcək.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.