İspaniya çempionatının 38-ci turu çərçivəsində baş tutmuş "Barselona" - "Deportivo" oyunu böyük əks-səda doğurub.
"Qafqazinfo" xəbər verir ki, 2:2 hesabı ilə başa çatan görüşdən sonra İspaniya mətbuatı bu iddiayla çıxış edib.
Bu nəticə kataloniyalılara çempionluğu təmin etməyə, "Depor"a isə elitadakı yerini qorumağa kifayət edib. Özü də qarşılaşmanın son dəqiqələrinədək qonaqlar hesabda 2:0 üstün olublar.
Matçdan dərhal sonra qonaqların müdafiəçisi Albert Lopo yerli mətbuata verdiyi açıqlama ilə şübhələrin bünövrəsini qoyub: "Hesab bərabərləşdikdən sonra Xaviyə zarafatyana "özünüzü çox yormayın, nəticə hər ikimizi qane edir", demişdim".
Yerli mətbuat bu məsələyə ciddi yanaşmasa da, İspaniya Kral Federasiyası həm nəticədən, həm də sözügedən açıqlamadan şübhələnib. Artıq araşdırmalara start verilib.
Əgər matçın danışılmış xarakter daşıdığı sübuta yetirilsə, hər iki komandaya texniki məğlubiyyət veriləcək və tərəflər böyük məbləğdə cərimə olunacaqlar. Belədə "Barsa" çempionluğunu itirəcək, "Deportivo" isə aşağı diviziona yuvarlanacaq.
Milli.Az