İdman

Ronaldu cəzalandırıldı

28 Yanvar 2015 21:05
0 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Madridin "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İspaniya çempionatının iki oyununda komandasına kömək edə bilməyəcək.

Anspress-in məlumatına görə, nizam-intizam komitəsi ulduz futbolçunu iki oyunluq diskvalifikasiya edib.

Bu gün keçirilən iclasda Ronaldunun İspaniya çempionatının "Kordoba"ya qarşı son oyununda qırmızı kart alması iki oyun cəza ilə yekunlaşıb.

Bununla da "Real", "Real Sosyedad" və "Sevilya" matçlarında Ronaldunun xidmətindən istifadə edə bilməyəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.