İdman

""Qarabağ"la görüş həlledici və nokaut xarakterlidir”

22 Noyabr 2014 10:45
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Qarabağ"la görüş həlledici və nokaut xarakterlidir. Həmçinin, bizi qarşıda 3 vacib oyun gözləyir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Sent-Etyen"in oyunçusu Jeremi Kleman deyib.
  

Sabah Fransa klubu ölkə çempionatında səfərdə "Nant"la üz-üzə gələcək. Təcrübəli futbolçu oyunöncəsi klubun rəsmi saytına müsahibə verib.
  

Avropa Liqasının qrup mərhələsinin start matçında Bakıda Ağdam klubu (0:0) ilə görüşdə komandasını kapitan sarğısında meydana çıxaran Kleman qarşıdakı matçlar haqda danışıb: "Eyni zamanda, biz "Nant"la da matçı düşünürük. 3 böyük görüşdə oynamaq istəyirəm. Bundan başqa, dekabr ayı mövsümün ikinci yarısı üçün həlledici ola bilər. Ölkə çempionatında mübarizə aparmaq lazımdır. Avropa Liqasında iki həlledici oyuna çıxacağıq. Tez-tez oyun keçirəndə bərpa üçün xeyli vaxtımız gedir. Məşqlərdə topla hazırlığa çox az vaxtımız olur. Millinin oyunundan bir həftə sonra meydana çıxmağımız isə bizə yenidən enerji toplamaq imkanı qazandıracaq".
  

Qeyd edək ki, Avropa Liqasının F qrupunda 8 xalla "İnter" liderdir. Hərəyə 4 xal toplayan "Dnepr", "Qarabağ" və "Sent-Etyen" isə sonrakı 3 yerdə qərarlaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.