İdman

Ronaldu, yoxsa Messi?

21 Oktyabr 2014 17:25
4 Şərh     Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları dünyanın ən yaxşı iki futbolçusu - Kriştianu RonalduLionel Messi üçün əlamətdar ola bilər.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hər iki futbolçu vuracağı qollarla "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesin rekordunu təkrarlaya bilər.
 

Raul 71 qolla Çempionlar Liqasının ən məhsuldar futbolçusu siyahısına başçılıq edir. Ronaldu ÇL-də 69, Messi isə 68 qola imza atıb. Bu gün və sabah keçiriləcək oyunlarda Ronaldu het-trik, Messi isə poker edəcəyi təqdirdə Raulun rekordunu yeniləmiş olacaq. Bu iki futbolçudan hansının rekordu yeniləyəcəyi maraq doğurur.
 

Qeyd edək ki, "Barselona" bu axşam öz meydanında "Ayaks"la, "Real" (Madrid) klubu isə səfərdə "Liverpul"la qarşılaşacaq.
  

Çempionlar Liqasında ən çox qol vurmuş futbolçular:

1. Raul Qonzales - 142 oyuna 71 qol
2. Kriştianu Ronaldu - 104 oyuna 69 qol
3. Lionel Messi - 87 oyuna 68 qol
4. Rud van Nistelroy - 73 oyuna 56 qol
5. Tyeri Anri - 112 oyuna 50 qol
6. Andrey Şevçenko - 100 oyuna 48 qol
7. Filipo İnzaqi - 81 oyuna 46 qol
8. Didye Droqba - 88 oyuna 42 qol
9. Alessandro del Pyero - 89 oyuna 42 qol
10. Zlatan İbrahimoviç - 103 oyuna 41 qol

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.