İdman

Qurban Qurbanovun yubileyi

29 Sentyabr 2014 13:30
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının VII turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

MilliAz-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis rəhbərlik etdiyi komanda ilə Azərbaycan çempionatlarında 100-cü qələbəsini qazanıb.

Yubiley Qurbanovun məşqçilik karyerasını başladığı "Neftçi" ilə görüşə təsadüf edib. 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi 2008-ci ildən bu klubda çalışan mütəxəssislə çempionatda 100-cü dəfə 3 xal əldə edib.
 

Qurbanovun baş məşqçiliyi dövründə "Qarabağ"ın qazandığı 100 qələbə 7 mövsümə təsadüf edib: 2008/09 - 14, 2009/10 - 14, 2010/11 - 17, 2011/12 - 15, 2012/13 - 16, 2013/14 - 21, 2014/15 - 3.
 

Qurbanov Azərbaycan çempionatları tarixində eyni komanda ilə 100 və daha çox qələbə qazanan 3-cü baş məşqçi olub. Ona qədər Qəhrəman Əliyev "Viləş", Mehman Allahverdiyev "Kəpəz"də 100-ü arxada qoymağı bacarıb.
 

Qeyd edək ki, ölkə çempionatlarında "Neftçi"ni də çalışdıran Qurbanov bu komanda ilə 19, ümumilikdə isə 119 qələbə qazanıb. Bu göstəricidə Azərbaycan rekordu Ağasəlim Mircavadova məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.