İdman

"İndiki Azərbaycan millisinə qarşı oynamaq daha çətindir"

2 Sentyabr 2014 16:29
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandanın əhval-ruhiyyəsi yaxşıdır. Yeni seçmə mərhələ başlayır və qarşımızda yeni tapşırıqlar var. Onları yerinə yetirməyə çalışacağıq".
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya millisinin müdafiəçisi Vasili Berezutski ölkəsinin mətbuatına açıqlamasında deyib.
 

Sabah millimizlə keçirəcəkləri yoldaşlıq görüşü haqda fikirlərini bölüşən təcrübəli futbolçu Azərbaycan yığmasının taktiki cəhətdən yaxşı komanda olduğunu bildirib:
 

"Azərbaycan millisi taktiki cəhətdən yaxşı komandadır. Səkkiz-doqquz il öncə ilə müqayisədə indi bu komandaya qarşı oynamaq daha çətindir. Azərbaycan millisini yenə də avropalı məşqçilər çalışdırır. Bu mənada oyun bizim üçün asan olmayacaq. Dünya çempionatında zəif rəqib olmadığını gördük".
 

Qeyd edək ki, sabah "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.