İdman

"Napoli"də qalmaqal!

28 İyul 2014 13:17
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Napoli" klubunda qalmaqal yaşanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, yeni mövsüm öncəsi baş tutan son məşqdə baş məşqçi Rafael Beniteslə futbolçusu Joze Kallehon arasında mübahisə yaranıb.

Kallehonun məşqə istənilən səviyyədə köklənməməsindən şikayətlənən Benites ona xəbərdarlıq edib. Lakin futbolçunun buna əhəmiyyət verməməsini görən ispaniyalı mütəxəssis 27 yaşlı futbolçunu məşqdən qovub. Bundan sonra Benitesin bütün futbolçulara ciddi xəbərdarlıq etdiyi bildirilir.

Qeyd edək ki, Kallehonun bu hadisədən çox sarsıldığı və komandadan ayrılmaq istədiyi iddia olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.