İdman

AFFA "Şəfa"nı neçəyə satdı?

9 Aprel 2014 11:28
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şəfa" stadionunun satış məbləği ƏDV xaric 4 milyon 250 min manatdır"

Qol.Az-ın xəbərinə görə, bu sözləri "Het-trik news" qəzetinə müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Asossiasiya rəsmisi "İnter"in pulu hələ ödəyib qurtarmadığını bildirib:

"Satış hələ tam başa çatmayıb. Daha dəqiq, stadion AFFA-nın balansından klubun balansına tam keçməyib. Bu proses hələ davam edir. Klub məbləğin 50 faizini ödəyib və tam ödənişdən sonra "Şəfa" onların balansına keçəcək. Bir məqamı da qeyd edim - "Şəfa" stadionunu satarkən məbləğdə "İnter" klubuna müəyyən güzəştlər etmişik. Bunun da səbəbi odur ki, klub neçə il idi ki, bütün kompleks üçün aylıq 20 min manat icarə haqqı ödəyir. Digər tərəfdən klubun "Şəfa"nı futbol məqsədləri üçün istifadə etməsini də diqqətdən qaçırmamışıq. "Şəfa"nın satılması prosesi tam başa çatmadığından əldə olunan məbləğ son maliyyə hesabatında göstərilməyib və xüsusi bəndlə işarə olunub. Məbləğ tam ödənildikdən sonra AFFA-nın növbəti hesabatında gəlir kimi öz əksini tapacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.