İdman

Ançelotti: "Çox qorxduq"

9 Aprel 2014 11:07
4 Şərh     Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Borussiya"ya 0:2 hesabı ilə məğlub olduqları matçda çox qorxduqlarını etiraf edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ilk oyunda 3:0 hesabı ilə qalib gəldikləri üçün növbəti mərhələyə yüksələn Madrid klubunun çalışdırıcısı deyib ki, cavab qarşılaşmasında turnirdə mübarizəni dayandırmağa yaxın olublar:

"Çox qorxduğumuz bir oyun oldu. Bizim üçün bu qarşılaşma çətin keçdi. Birinci hissədə səhvlər etdik, ancaq ikinci hissədə daha yaxşı oynadıq. Yarımfinala yüksəldiyimiz üçün sevinirəm".

İtaliyalı çalışdırıcı komandanın aparıcı futbolçusu Kriştianu Ronaldunu oynatmamasının səbəblərindən də bəhs edib:

"O, zədəli olduğu üçün risk etmək istəmədim. Yarımfinalda Ronaldu mütləq oynayacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.