İdman

AFFA klubları cərimələdi

8 Aprel 2014 15:05
0 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA İntizam Komitəsi Premyer Liqanın 29-cu turunda yol verilmiş qayda pozuntuları barədə qərarlar qəbul edib

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, turun "Xəzər Lənkəran" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Neftçi" - "Bakı" matçının 2, 42, 49, 80-cı dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

"Rəvan" - "Sumqayıt" matçında stadionda PFL və Respect bayraqları asılmadığı üçün meydan sahibi klub 1000 manat cərimə olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.