İdman

Falkao dünya çempionatında oynayacaq?

8 Aprel 2014 15:32
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Monako"nun və Kolumbiya millisinin futbolçusu Radamel Falkao zədəsinin son durumundan bəhs edib

Qol.Az-ın məlumatına görə, "BBC Sport"a danışan 28 yaşlı hücumçu müalicəsinin çox yaxşı keçdiyini deyib:

"Ümid edirəm ki, dünya çempionatında iştirak edəcəm. Yaxın günlərdə bu, dəqiqləşəcək. Səhhətimdə xeyli irəliləyiş var, buna görə də çox xoşbəxtəm. Gözləniləndən də daha tez sağalıram. Yaşıl meydanlara qayıtmağı çox istəyirəm".

Qeyd edək ki, Falkao Kolumbiya millisi ilə 51 matçda iştirak edib və 20 qol vurub.

Xatırladaq ki, Falkao bu ilin yanvar ayında Fransa Kubokunun 1/16 final mərhələsində "Mont d'Or Azerq"lə matçda zədələnmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.