İdman

Mourinyo bu gün riskə gedəcək

8 Aprel 2014 11:18
2 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mourinyo: "Bu cür matçlarda risk etmək vacibdir"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab qarşılaşması öncəsi mətbuat kofransı keçirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis ilk görüşdə 1:3 hesabı ilə məğlub olduqları üçün bu matçda risk edəcəklərini deyib:

"İki qol vurmalıyıq. Qol buraxmadan bunu bacarmaq çətin olacaq. Çox həyəcanlıyam. Oyunun çətin keçəcəyini bilirəm. Parisdə 1:0, 2:0 hesabı ilə qələbə qazansaydıq, belə yenə də həyəcanlı olardım. Ötən mövsüm "Real" çalışdırdığım vaxt "Borussiya"ya ilk oyunda 1:4 hesabı ilə məğlub olmuşduq. Amma Madriddəki matçda 2:0 hesabı ilə öndə idik. Həmin görüşdə risk etdik. Bu cür matçlarda risk etmək vacibdir".

Mourinyo komandadan zədəli və cəzalı futbolçuların çoxluğundan şikayətlənib: "Eto'o zədəli olsa da, onu oynatmağı düşünürəm. Ramires cəzalı olduğu, Matiç, Salah isə UEFA qaydalarına görə bu matçda iştirak edə bilmirlər. Mikel də zədəlidir. Ancaq bütün bunlara baxmayaraq, meydanda olacaq futbolçuların əllərindən gələni etmələrini istəyirəm".

Qeyd edək ki, "Çelsi" - PSJ matçı bu gün baş tutacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.