İdman

Ançelottidən Ronaldu açıqlaması

8 Aprel 2014 12:51
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ançelotti: "Ronaldunu riskə atmaq istəmirəm"

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti komandasının əsas hücumçusu Kriştianu Ronaldunun son durumuna aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan italiyalı mütəxəssis Ronaldunun "Borussiya" ilə oyuna hazır olduğunu, lakin onu riskə atmaq istəmədiyini bildirib:

"Ronaldu məşqlərdə çox çalışdı və oyuna hazırdır. Özünü yaxşı hiss edir. Əgər işlər yolunda gedərsə, Ronaldu "Borussiya" ilə matçın ilk dəqiqələrindən meydana çıxa bilər. Ancaq mən onu riskə atmaq istəmirəm. Onu ehtiyatda saxlaya da bilərəm. Lakin Ronaldu peşəkar futbolçudur və hər görüşdə oynamaq istəyir".

Ançelotti Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşması çərçivəsində bu axşam "Borussiya" ilə baş tutacaq oyun barədə isə bunları deyib: "İlk oyundakı böyükhesablı qələbəni və yarımfinala yaxın olduğumuzu nəzərə alsaq, futbolçuların əlavə motivasiyaya ehtiyacı yoxdur. "Borussiya"nın 4 qol vurması üçün aktivində 90 dəqiqə olacaq. Ancaq biz də qələbə qazanmaq istəyirik. Robert Levandovskinin heyətə qayıtması çox şeydən xəbər verir. O, əla futbolçudur və "Borussiya" üçün çox vacibdir. Onun meydanda olması Dortmund təmsilçisinin qələbə qazanmaq şanslarını artırır".

Qeyd edək ki, "Borussiya" - "Real" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.