İdman

Kroyfun Mourinyo "sevgi"si bitmir

7 Aprel 2014 18:48
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kroyf: "Mourinyo yalnız futbolçularını günahlandırır"

Hollandiya futbolunun canlı əfsanəsi Yohan Kroyf "Çelsi"nin baş məşqçisi haqda maraqlı fikirlər səsləndirib.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, "De Telegraaf"a danışan Kroyf Mourinyonun məğlubiyyətdə yalnız futbolçuları günahlandırdığını bildirib:

"PSJ səviyyəli futbolçulara malik çox güclü komandadır. "Çelsi"nin də yaxşı oyunçuları var, ancaq Mourinyo narazı görünür. O, hər zaman eynidir.

Komandada işlər yaxşı getdiyində bunu öz işinin bəhrəsi kimi qələmə verir. Lakin işlər yolunda getmədikdə futbolçuları günahlandırır. O, "Real"da da belə idi. İndi isə həmin ssenarini "Çelsi"də görürəm. Mourinyonun əsas problemi onun yalnız nəticəyə oynamasıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.