İdman

Müsəlman futbolçunun arzusu...

7 Aprel 2014 18:39
1 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Benzema: "Yarımfinalda PSJ ilə qarşılaşmaq istəyirəm"

"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema Çempionlar Liqasının yarımfinalında qarşılaşmaq istədiyi komandanın adını açıqlayıb.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, UEFA-nın rəsmi saytına danışan fransız futbolçu yarımfinalda PSJ ilə qarşılaşmaq istədiyini bildirib:

"Çempionlar Liqasının yarımfinalında PSJ ilə qarşılaşmağımızı istəyirəm. Niyə? Çünki PSJ Fransanı təmsil edir. Biz ardıcıl üç dəfədir ki, yarımfinala yüksəlirik. Hələ ki, işlərimiz yolunda gedir. Finala qədər bir neçə oyunumuz daha var. Bu mövsüm məqsədimizə daha yaxınıq".

Qeyd edək ki, "Real" Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında səfərdə "Borussiya" (Dortmund) klubunun qonağı olacaq. Madriddə baş tutan ilk görüş 3:0 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.