İdman

"Atletiko"da bayramdır: o, oynaya bilər

7 Aprel 2014 18:09
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dieqo Kosta "Barselona"ya qarşı oynaya bilər

"Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta Çempionlar Liqasının 1/4 finalının "Barselona" ilə cavab qarşılaşmasında meydana çıxa bilər.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, ilk görüşdə əzələsini dartan ispaniyalı futbolçunun bərpa prosesinin sürətlə getdiyi və "Barselona" ilə oyuna çıxmaq şansının olduğu bildirilir.

Hazırda 25 yaşlı futbolçu fitnes zalda fərdi proqram üzrə məşqlərini davam etdirir. Kostanın "Barselona" ilə görüşdə meydana çıxıb-çıxmayacağına oyuna bir neçə saat qalmış aydınlıq gələcək.

Qeyd edək ki, "Atletiko" - "Barselona" oyunu aprelin 9-da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.