İdman

Ronaldunun qolu bu uşağın həyatını xilas etdi - FOTO

7 Aprel 2014 18:06
3 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Real"ın futbolçusu Kriştianu Ronaldu bir yeniyetmənin komadan ayılmasına kömək olub.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, velosiped sürərkən maşınla toqquşduğu üçün ağır xəsarət alan 14 yaşlı David son üç ayda komada olub, həkimlər onun yaşamaq şansının az olduğunu bildiriblər.

Ancaq Davidin ailəsi uşaqlarının komadan ayılması üçün Ronaldunun kömək olacağını düşünüblər. Onlar Portuqaliya millisinin hücumçusunun "DÇ-2014"ün pley-off mərhələsində İsveçlə matçda (3:0) vurduğu üçüncü qoldan sonra sevinc qışqırıqlarının səs yazısını Davidə dinlədiblər. Bu səsi dinlədikdən sonra isə o, komadan ayılıb.

29 yaşlı futbolçu bu hadisədən xəbərdar olduqdan sonra Davidi və ailəsini Madridə dəvət edib. "Santyaqo Bernabeu"da klub prezidenti Florentino Perez tərəfindən qarşılanan David Çempionlar Liqasının 1/4 finalında "Borussiya" ilə ilk matçı da stadiondan izləyib. Həyatının ən xoşbəxt gününü yaşadığını deyən Davidə Ronaldu imzalı formasını hədiyyə edib.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.