İdman

Noyer: "Bundesliqa bizim üçün önəmsizdir"

7 Aprel 2014 18:00
0 Şərh     Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bavariya" klubunun qapıçısı Manuel Noyer Bundesliqada 53 oyun sonra məğlub olduqları "Ausburq"la matç barədə fikirlərini bölüşüb.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, "Kicker"ə danışan almaniyalı qolkiper Bundesliqanın artıq onlar üçün önəmsiz olduğunu bildirib:

"Təbii ki, məğlubiyyət yaxşı nəticə deyil. Lakin artıq Bundesliqa bizim üçün önəmsizdir. Çünki çempionluğu erkən bayram etmişik. İndi bizi qarşıda ölkə kuboku və Çempionlar Liqasında vacib oyunlar gözləyir. Bu matçlara ciddi hazırlaşırıq".

Qeyd edək ki, Bundesliqanın son turunda "Ausburq"la qarşılaşan "Bavariya" 53 oyun sonra məğlubiyyətlə üzləşib - 0:1.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.