İdman

Qaret Beylin ayağı bu günə düşdü - FOTO

7 Aprel 2014 17:57
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının 1/4 finalında sabah baş tutacaq "Borussiya" ilə cavab matçında iştirak etməyə bilər. Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, La Liqada "Real Sosyedad"la matçda uelsli yarımmüdafiəçiyə qarşı rəqibin futbolçusu kobud oynayıb.

Dizindən zədələnən və 67-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalan Beylin Dortmund təmsilçisi ilə matçda oynayıb-oynamayacağı hələlik dəqiqləşməyib. Qeyd edək ki, "Borussiya" - "Real" matçı sabah baş tutacaq. Xatırladaq ki, Beyl ötən yay 100 milyon avroya "Tottenhem"dən Madrid klubuna transfer olunub.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.