İdman

"Real"ın oyunçuları "satqın" adlandırıldılar

7 Aprel 2014 17:42
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Londonun "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Madridin "Real"ını çalışdıran zaman "Kral klubu"nun heç bir oyunçusuna etibar etməyib.

Milli.Az-ın məlumatına görə, modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda yaxınlarda çap olunan kitabında yazıb.

O qeyd edib ki, həmişə futbolçulardan hansısa fırıldaq gözləyib. "Barselona"ya qarşı oyunlardan birindən sonra isə onun himayəsində olan oyunçular ədəbsizlik paylarını alıblar: "Siz satqınlarsınız. Mən sizdən xahiş etdim ki, bu oyunda əsas heyətlə bağlı heç nə danışmayın, siz isə məni satdınız. Buna görə siz qancıq uşaqlarısınız. Mənim yeganə dostum Qranerodur, ancaq ona da axıracan inanmıram. Heç vaxt heç bir komandada belə satqınlarla üzləşməmişəm".

Xatırladaq ki, Mourinyo Madriddə 2010-2013-cü illərdə işləyib. Onun baş məşqçiliyi zamanında "Real" çempionluqdan başqa İspaniya kuboku və super kubokunu qazanıb.

Maurinyo 2013-cü ilin iyun ayında "Çelsi" ilə 4 illik müqavilə imzalayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.