İdman

FİFA-nın birinci katibi Qarabağa qanunsuz səfər etdi

7 Aprel 2014 17:22
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı "Dağlıq Qarabağ Respublikası"nın təxribatlarına daha biri də əlavə olundu

Milli.Az xəbər verir ki, modern.az "Armenia Today" saytına istinadən xəbər verir ki, qondarma rejimin prezidenti Bako Saakyan bu dəfə Beynəlxalq Futbol Assosiasiyaları Konfederasiyasının (FİFA) birinci katibi Saşa Dyurkopun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan ərazilərində qəbul edib.

Görüş zamanı "DQR"in futbol üzrə qondarma komandası" nın FİFA ilə əməkdaşlığından söz açılıb.

Qeyd edək ki, bu ilin iyunun 1-dən 8-dək İsveçdə "FİFA üzvü olmayan dövlətlər arasında futbol üzrə dünya çempionatı" keçiriləcək. Turnirə dünyadakı separatçı rejimlər dəvət olunub. İştirakçılar arasında Azərbaycanın zəbt edilmiş torpaqlarında yaradılmış qondarma qurumun futbol üzrə "milli komandası" da olacaq. AFFA məsələ ilə bağlı FİFA-ya etiraz məktubu ünvanlasa da, yarışın baş tutacağı bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.