İdman

Millimizdən Avropa Kubokunda 5 medal

7 Aprel 2014 15:46
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Saloniki şəhərində keçirilən gənc cüdoçuların Avropa Kuboku başa çatıb

Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, yarışa 20 idmançı ilə yollanan Azərbaycan millisi 5 medal qazanıb.

Komandamızın heyətində Firudin Dadaşov (90 kq) çempionluq sevinci yaşayıb. Rüfət İsmayılovla (81 kq) Nəzakət Xəlilli (52 kq) ikinci yerlə kifayətləniblər. Sadiq Məhərrəmov (55 kq) və Davud Məmmədov (60 kq) isə yarışı bürünc medalla bitiriblər.

Qeyd edək ki, yığmamız komanda hesabında 32 ölkə arasında 4-cü olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.