İdman

AZAL avrokuboklara vəsiqə qazana bilmədi

7 Aprel 2014 15:31
0 Şərh     Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AZAL klubunun avrokuboklara vəsiqə qazana bilməməsi rəsmiləşib

Premyer Liqanın XXIX turu daha bir komandanın qızıl medalları rəsmən itirməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, öz meydanında "İnter"ə 0:1 hesabı ilə uduzan "Simurq" bundan sonra heç kağız üzərində də çempion ola bilməz.

Sona 7 tur qalmış liderdən 25 xal geridə qalan Zaqatala təmsilçisi özü üçün ideal nəticələrin qeydə alınması halında ikinci olacaq. Georgi Çixradzenin yetirmələrinin də nəzəri şanslarını itirməsindən sonra çempionluğa 5 namizəd qalıb. Lakin bu komandaların da ümidləri nəzəri cəhətdən gerçəkləşə bilər. Reallıqda isə "Qarabağ"ın 10 xallıq üstünlüyü əlçatmaz görünür.

Ardıcıl 6-cı məğlubiyyətini alıb, 11 turdur qələbə qazanmayan AZAL isə avrokubok ümidləri ilə rəsmən vidalaşdı. "Qarabağ"a 0:2 hesablı məğlubiyyətə qədər medal ümidləri olan "təyyarəçilər" artıq 5-ci pillədən yüksəyə "uça bilməz". 4-cü yerin də avrokuboklara vəsiqə vermə ehtimalı olsa da, bu yer də AZAL-lıq deyil.

Bu isə o deməkdir ki, 5 komanda çempionluq, 7 komanda mükafat şansını saxlayır. "Rəvan"ın da kubokdan qitə miqyasına çıxa biləcəyini də nəzərə alsaq, 8 komanda Avropa ümidini itirməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.