İdman

"Qarabağ"la "İnter"in oyunçuları şərikli rekorda imza atdılar

7 Aprel 2014 14:24
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mövsümün ən yaxşı bombardiri Reynaldo SilvaBaçana Sxadadze ardıcıl 3-cü oyunda qol vurublar. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın braziliyalı legioneri "Sumqayıt" və "Qəbələ" ilə qarşılaşmalarda dublları sıralamışdısa, AZAL-a 1 qol vurmağı bacarıb. Bu qol seriyası Reynaldonun Topaz Premyer Liqasında ilk belə uğurudur. Ötən iki turda "Qəbələ" və "Rəvan"ın hərəsinə 1 qol vuran "İnter"in gürcüstanlı hücumçusu Sxadadze bu dəfə "Simurq"un qapısına yol tapdı.

Bu cütlük ardıcıl 3 turda qol sevinci yaşamaqla mövsümün rekordunu da təkrarlayıb. Reynaldo ilə Baçanaya qədər "Qarabağ"ın hollandiyalı oyunçusu Leroy Corc və "Neftçi"nin braziliyalısı Karlos Kardoso da bunu bacarmışdı. Corc 24-26-cı, Karlos 14-16-cı turlarda ardıcıl hər oyunda 1 qol vurmuşdu.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu Yunis Hüseynova məxsusdur. Yarımmüdafiəçi ilk çempionatın startında ardıcıl 12 qarşılaşmada qol vurmaqla şərəfini qoruduğu "Neftçi"nin qələbələrində pay sahibi olmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.