İdman

"Formula-1"də Hamilton zəfəri - FOTO

7 Aprel 2014 22:36
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Lüis Hamilton öz karyerasında ilk dəfə Bəhreyn Qran prisinin qalibi oldu. Britaniyalı cari mövsümdə ardıcıl ikinci qələbəni qazandı. 2008-ci il çempionunun ardınca yarışı onun komanda yoldaşı Niko Rosberq bitirdi. Finişdə iki Mercedes AMG pilotunu cəmi bir saniyə ayırdı.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, zirvədəki üçlüyü Serxio Peres tamamladı. Bəhreyndə podium meksikalı üçün karyerasında dördüncü, Force India tərkibində isə birinci oldu. Dördüncü mövqedə yarışı Deniel Rikkardo qurtardı. Hazırkı çempion və avstraliyalının komanda yoldaşı Sebastyan Fettel "Sahir"də yarışı altıncı yerdə bitirdi. Almanın və onun komanda yoldaşının arasına Niko Hülkenberq yerləşdi.

Formula-1 növbəti mərhələsi aprelin 18-dən 20-dək Çində keçiriləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.