İdman

Bakıda "Qalatasaray" və "Fənərbağça" azarkeşləri arasında dava - VİDEO

7 Aprel 2014 14:32
3 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın mərkəzi küçəsində azarkeşlər üz-üzə gəldilər

Bakının mərkəzində "Qalatasaray" və "Fənərbağça" azarkeşləri arasında qarşıdurma yaranıb.

Anspress-in məlumatına görə, "Qalatasaray"-"Fənərbağça" matçının başlanmasına bir neçə saat qalmış azarkeşlər "Torqovı"da yürüş keçiriblər.

Bu zaman iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb. Polisin olaya müdaxilə etməsindən sonra ara sakitləşib. Xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmada "Qalatasaray" 10-cu dəqiqədə Uesli Sneyderin vurduğu qolla "Fənərbağça"nı 1:0 hesabı ilə məğlub edib. Gərgin keçən oyunda hakim futbolçulara iki qırmızı vərəqə göstərib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.