İdman

Ardanın dostuna inanılmaz təklif: 40 milyon

7 Aprel 2014 11:37
0 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Monako"dan Dieqo Kostaya 40 milyon funt

"Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kostanı transfer etmək istəyən komandaların sayı durmadan artır.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, "Çelsi"nin ardından "Monako" klubu da 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Fransa təmsilçisi təcrübəli hücumçunun keçidi üçün qarşı tərəfə 40 milyon funt ödəməyə hazırdır. Kostanın "Monako"da qazanacağı məbləğ də açıqlanıb. Belə ki, İspaniya millisinin futbolçusu "Monako"da həftəsinə 150 min funt qazanacaq.

Qeyd edək ki, Kosta bu mövsüm keçirdiyi 44 oyunda 33 dəfə rəqib qapılarına yol tapıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.