Cəmiyyət

Azərbaycanın dostları kimlərdir? - SORĞU

16 İyun 2017 19:48
25 Şərh     Baxış: 1 088

Ötən əsrin son onilliyində ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın həll etməli olduğu məsələlərdən biri də xarici siyasətdə özünə daha çox tərəfdar toplamaq idi. 26 illik müstəqillik dönəmində Azərbaycan bunun öhdəsindən gəldi, əksər dövlətlərlə dostluq və ikitərəfli əməkdaşlıq əsasında diplomatik münasibətlər qurdu. Bəs, Bakı sakinləri hansı ölkələri Azərbaycanın dostu, tərəfdaşı sayır?

"ACT Azərbaycan"  Bakı şəhərində bu mözvuda sorğu keçirib.

Milli.Az sorğunun nəticələrini təqdim edir.

Respondentlərin böyük əksəriyyəti (76 %) Azərbaycanın dostu olaraq Türkiyəni görür. Sorğu iştirakçılarının beşdə biri isə (23 %) Rusiyanı Azərbaycana dost dövlət hesab edir. Pakistansevərlər də yetəri qədərdir (18 %). İran (16%) və Gürcüstan (15 %) da dost ölkələr sıralamasındadır. 5 % respondent üçün Azərbaycanın dostları siyahısında Ukrayna da yer alıb. Qazaxıstan dost ölkələr siyahısında 4 %-lə qərarlaşıb. Bakı sakinlərinin fikrincə, İsrail, ABŞ və Özbəkistan da (hər biri 3 % olmaqla) Azərbaycanın dostu olan ölkələrdir.

Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

25 Şərh:

  • Anonim
    asi · 16 İyun 20:0008

    Atalarımız deyib dost dar gündə tanınar.Birinci dar günümüzdə tanınanları bəllidir.Ikinci dar günümüzdə bəzi faizi yüksək olan ölkələrdən fərqli olaraq Pakistan öz ordusu ilə köməyini təklif etdi, hamıdan qabaq..Ona görə də sıralamada onu önə çəkin..Israil də silahla təmin edir, sağ olsun.Qalan ölkələri aparın tullayın, onlardan bizə dost olası deyil.

    Cavab yaz
    • Anonim
      Rovşan Talış · 16 İyun 21:51104

      O acindan ölən, kiçik Bəlucistan üsyançılari ilə bacara bilməyən, ərazisində terror dəstələri at oynadan Pakistanin *hərbi yardım* göndərəcəyinə inanmaq necə sadəlövhlükdür. Bu adicə söz idi.

      Cavab yaz
      • Anonim
        asi · 16 İyun 22:2419

        Deyəsən sənin dərdin ayrıdı.Iranı tulladım deyə belə həvəsə gəlib cvbları düzdün bir birinin arxasınca..Mənim şəxsi fikrim talışın maraqlarına cvb vermək məcburiyyətində deyil..

        Cavab yaz
        • Anonim
          Rovşan Talış · 16 İyun 22:3781

          İnanın ki yox.İran barədə 15% məncə müsbət sayılmalı rəqəmdir.Mənim şərhimin biri verilmədi,orda izah yazmışdım.Həm söhbətin talışlarla bir əlaqəsi yoxdur axı.

          Cavab yaz
          • Anonim
            asi · 16 İyun 22:5324

            Burda Iranın xüsusi müdafiəçiləri var, dedim bəlkə siz də onlardansız.Ona görə..Yoxsa kimliyinizlə əlaqəli deyil..

            Cavab yaz
            • Anonim
              Rovşan Talış · 16 İyun 23:1150

              Önəmli deyil.Bizim İranla sıx əlaqələrimiz olub.Şəxsən 90-cı illərin ən çətin dövründə.

            • Anonim
              Rovşan Talış · 16 İyun 23:1440

              Mən özüm Cənub zonasındanam,90-cı illər vəziyyət çox pis olanda bütöv bölgəmiz İrandan çox kömək alırdı.Onda vəziyyət çox ağır idi.İrana bir xilaskarlıq borcumuz oldu onda. Zərurət bəzən məcbur edir.Fərq etməz hansı ölkə olsun.Ən böyük dostumuz Vətənimizdir,onun insanıdır.

            • Anonim
              asi · 16 İyun 23:2710

              Ortada Cənubi Azərbaycan və oradakı milyonlarla azərbaycanlı faktoru var..

      • Anonim
        Senan 13 · 16 İyun 22:5613

        Acdılar her nediler amma nüve silahı olan dövletdi bu da bir amil.

        Cavab yaz
    • Anonim
      Rovşan Talış · 16 İyun 21:53123

      Qaldı ki Türkiyəyə,onlara gülən olmasa deyərlər əyilin minək belinizə.Onlar bizim ala gözümüzə aşiq olmayıblar

      Cavab yaz
    • Anonim
      Rovşan Talış · 16 İyun 21:5792

      İsrail bizə silahı havayı verir yoxsa sədəqə edir?

      Cavab yaz
    • Anonim
      Rovşan Talış · 16 İyun 21:5982

      İsraildən olmasın,Rusiyadan olsun,biz yenə silah alacaqdıq.İsrail bizi təmin etmir, əksinə,öz məhsulunu sırıyır.

      Cavab yaz
      • Anonim
        asi · 16 İyun 22:2204

        Hər halda satdığını bilirik. satmaya da bilər..

        Cavab yaz
        • Anonim
          Rovşan Talış · 16 İyun 22:3871

          O satmaz,Fransa var,Avstriya var,İran,Rusiya,Çin var.Ən vacibi Cənubi Afrika var.

          Cavab yaz
          • Anonim
            asi · 16 İyun 22:5622

            Amma razılaşın ki, sadaladığınız ölkələr heç biri Israil qədər ciddi silahlar satmaz bizə.Elə biri Rusiya.Ermənistana vetdiyi iskəndəri bizə satarmı??Ya Iran raketlərindən bizə satarmı??Mənim bu məsələlərdən elədə anlayışım yoxdur.Ancaq irandan silah almağımızı hələki heç bir xəbərdən eşitməmişəm..

            Cavab yaz
          • Anonim
            Rovşan Talış · 16 İyun 23:5031

            Xanım,mənim yazdıqlarım tam moderasiya olunmur.Ona görə də cavabsızlıq yox,üzrlü sayın.Sağlıqla qalın.

            Cavab yaz
          • Anonim
            asi · 17 İyun 00:0520

            Siz də sağlıqla qalın və yuxarıdakı 23.14 şərhinizlə razıyam.Ən birinci dostumuz özümüzük..Sağ olun

            Cavab yaz
          • Anonim
            + · 17 İyun 01:4823

            Sadalanan dovletler arasinda bize dost dovlet demek olar ki, yoxdur. Herenin oz siyasi iqtisadi maragi var. Amma Iran bize dusmen dovletdir. Cenub zonasindan butun resurslar Irana cixdi desek DahA duz olar. ele men de talisam ve bunlari gormusem. Silahi ise israil tipli olkeden almaq daha yaxsidir. Neinki,rusiyadan.

            Cavab yaz
  • Anonim
    Senan 13 · 16 İyun 20:2952

    Terefdaş ayrı dost ayrı. Ukrayna İsrail Rusiya İran Gürcüstan bular bizim terefdaşlarımız. Ama dosta gelende söhbet Türkiye ve Pakistan. Şexsi fikrim beledir. Razılaşmayanları tebii qarşılayıram.

    Cavab yaz
  • Anonim
    Bakılı · 16 İyun 21:0949

    Düşmani 100 faiz İran fars.

    Cavab yaz
  • Anonim
    asi · 16 İyun 21:2930

    Mən də dostumuzu düşmənimizdən ayırmışdım, niyə vermədiz??

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 16 İyun 22:5761

    Fikirlərimi kim yedi? Həqiqətləri yazdiqim üçün? İnanmiram her hansı türkiyə saytı Azerbaycan baresində türklərin yazdıqı fikirlərin yaltaqlıq edib seçib verməzdılər.

    Cavab yaz
  • Anonim
    orbet. · 16 İyun 23:4661

    Milli.az, şərhi vermiyəsənsə niyə şərh bölməsini açıq qoyursan bağla məlumatını ver kifayətlən.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 17 İyun 01:0715

    Sayta gec gire bildim.Bele sehifede yazmasam olmaz.Bu iranln 16% i sesi burda yalan like ler kimidi.1.6 faiz de ses olmaz dostluguna amma duwmenliyine 160 faiz soz verirem.

    Cavab yaz
  • Anonim
    Eldar · 17 İyun 08:3126

    Türkiyə və Pakistan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.