Cəmiyyət

İmtahan nəticələri AÇIQLANDI - 7 nəfər 700 BAL YIĞDI

8 May 2017 19:02
10 Şərh     Baxış: 8 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət İmtahan Mərkəzi mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 8-də saat 18:35-dən etibarən elan edib.

Qurumdan Milli.Az-a daxil olan məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və "cavab kartı"nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 30239 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 24 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 5 abituriyent (İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı məktəb-lisey kompleksinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziya, Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.