Cəmiyyət

Ermənistan malları Bakıda satılır? - VİDEO

23 Mart 2017 20:34
5 Şərh     Baxış: 1 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaşlardan biri Bakıda fəaliyyət göstərən brend mağazalardan birində Ermənistan istehsalı olan paltarların satılması ilə bağlı fotolar çəkərək sosial şəbəkələrə paylaşıb. Bu xəbər isə geniş müzakirələrə səbəb olub. Maraqlı məqam ondan ibarətdir ki, "Made in Armenia" yazısı hərbi stildə tikilən uşaq şalvarının etiketində qeyd olunub. "Xəzər Xəbər" iddiaları araşdırıb

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtın iki iri ticarət mərkəzində fəaliyyət göstərən bir mağazadan gedir. Vətəndaşlardan biri bu mağazada satılan hərbi stildə tikilmiş uşaq paltarlarının etikentində ''Made in Armenia'' - "Ermənistanda istehsal edilib" yazısını görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb. Bu isə geniş müzakirələrə səbəb olub.

Gerçəkliyi məlum olmasa da insanlar "Ermənistanda istehsal edilib" markası vurulmuş geyimin Bakıya necə gəlib çıxdığını sual ediblər. Biz də məsələnin doğru olub-olmadığını araşdırmaq üçün həmin mağazaya baş çəkdik.
Mağazanın nümayyəndəsi İlham Mustafayev məsələdən xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, satılan mallar İtalyan brendidir. Bura, əsasən, 12 ölkədən mallar gətirilir və etiketində də Çin, Banqladeş, Türkiyə və digər ölkələrin istehsalı sözləri yazılır.

Fotolarda ''Made in Armenia'' yazısının olduğunu bildirdikdə isə o, bununla bağlı araşdırma aparıldığını və paltarın onların mağazasına aid olmadığını dedi. Mağazada çəkiliş apardığımız zaman paltarların etiketində made in Banqladeş, Türkiyə, Çin yazıları əks olunmuşdu.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ermənistan malları Bakıda satılır?

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.