Cəmiyyət

Qulaq cingiltisi beyin şişindən xəbər verə bilər

19 Mart 2017 23:45
2 Şərh     Baxış: 4 071

Gündəlik həyatımızda tez-tez hiss etdiyimiz qulaq cingiltisi heç də güman etdiyimiz kimi problemsiz deyil.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ekspertlər qulaq cingiltisinin qulaq və ya beyin şişindən xəbər verə biləcəyini qeyd edirlər.
Qulaq cingiltisi və baş gicəllənməsi şikayətləri çox tez-tez olan şəxslər mütləq mütəxəssis həkimlərə müraciət etməlidirlər. Bu şikayətlərlə müraciət edən xəstələr üçün H-hitler və Vng kimi testlər tətbiq edilir. Xüsusilə bunun hansı bölgədən qaynaqlandığı, kulak mənşəli, yoxsa beynin mərkəzi sinir sistemindən yaranmış baş gicəllənmə olduğunu ayırd edilməsi baxımından müxtəlif testlər edilir. Bu testlərin edilməsində ilk növbədə məqsəd, baş gicəllənməsinin səbəbi, haradan qaynaqlandığını müəyyən etmək, daha sonra isə əgər mərkəzi patologiyaları varsa, yəni beyinlə bağlı problemlər varsa, uyğun mütəxəssislərə istiqamətləndirmək.
 
Qulaq cingildəmənin mənbəyini də araşdırmaq lazımdır. Eşitmə testi ilə bunun mənbəyinə baxmaq lazımdır. Dərman istifadəsini maraqlanmaq lazımdır. Bunu təqib edən yüksək təzyiq (hipertoniya), şəkər (diabet) kimi, somatik xəstəliklərin araşdırılması lazımdır.
 
Qulaq cingildəməsi cəmiyyətdə tez-tez rast gəlinməsinə baxmayaraq, səbəbi məlum olmayan bir xəstəlikdir. Xüsusilə yüksək səsə məruz qalan, zavod və inşaatda işləyən və ya peşə xəstəlikləri polis, əsgər kimi, silah istifadəsindən yarana bilər. Bunlarla əlaqəli olaraq, daxili qulağın zədə almasından ibarət olan bir problem də ola bilər.
Qulaq cingiltisinə mütləq diqqət edilməlidir. Bunlarla yanaşı qulaq cingiltisi bəzən bir qulaq şişinin və ya bir beyin şişindən xəbər vermiş ola bilər. Onun üçün araşdırılmasında fayda var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tovuzlu E · 19 Mart 23:5110

    Bele soz de var ki qulaq cingildeyende qesengce qiybetini qirirlar adamin

    Cavab yaz
    • Anonim
      sevda · 19 Mart 23:5600

      hee o dediyiniz duzdu xanim, men sinaxdan bele kecirmisem

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.