Cəmiyyət

Soyuğa davamsızlıq - SƏBƏBLƏR

1 Dekabr 2016 22:25
7 Şərh     Baxış: 4 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi insanlar hətta isti otaqda olduqda daim üşüyür. Belə insanlardan tez-tez "soyuğa davamım yoxdur" kimi ifadəni eşitmək olur.
Səbəbsiz üşümə hər hansı xəstəliyin və ya pozulmanın simptomu ola bilər. Bu səbəbdən belə simptoma laqeyd yanaşmayın, səbəbini araşdırın.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, soyuğa davamsızlıq bu kimi xəstəliklərin və pozulmaların simptomu ola bilər:
1. Qanazlığı. Bu əsas səbəblərdən biridir.
2. Artıq çəki. Kök insanlar normal çəkisi olan insanlarla müqayisədə daha çox üşüyür. Orqanizmdə yığılmış piy damarların sıxılmasına səbəb olur ki, bu da qan dövranını pozur. Nəticədə insan tez-tez üşüyür.
3. Qalxanvari vəzi xəstəlikləri. Bu kiçik vəz orqanizmdə çox vacib funksiyaları icra edir. Bu funksiyalardan biri istiliyin mübadiləsidir. Qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi soyuğa davamsızlığa səbəb olur.
4. Arıqlamaq üçün tutulan pəhrizlər, natamam qidalanma. Bu vəziyyətdə insan qida ilə az kalori alır, bu kalorilər orqanizmi qızdırmaq üçün kifayət etmir və nəticədə insan tez-tez üşüyür.
5. Qan dövranı pozulmaları.
6. Hipotoniya (aşağı təzyiq).
7. Şəkərli diabet. Bu xəstəlik ürək-damar sistemini zədələdir ki, nəticədə qan orqanizmdə pis dövr edir, ətraflara çatmır. Nəticədə insan tez-tez üşüyür, xüsusilə ayaqlar soyuq olur, onlarda həssaslıq azalır.
8. Soyuğa qarşı allergiya. Bu nadir pozulma zamanı insanda soyuq havada dəri quruyur, qızarır, qaşınır, dodaqlar çatlayır. Belə insanlar soyuq havada hətta isti geyindikdə daim üşüyür.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.