Paytaxtın nəqliyyat sistemində, xüsusən də sərnişin avtobuslarında təhlükəsizliyin və rahatlığın təmin edilməsi, eləcə də marşrut xətləri üzrə istismarda olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin sazlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdəndir. Bununla bağlı müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər qarşısında ciddi tələblər qoyulub. Lakin təəssüflər olsun ki, hazırda Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan şirtkətlərin əksəriyyəti bu tələbləri tam şəkildə yerinə yetirmir.
Milli.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, bunun başlıca səbəbi onların müasir standratlara cavab verən maddi-texniki bazaya malik olmamasıdır: "Məhz lazımi maddi-texniki bazanın olmaması icitmai nəqliyyatda bir sıra problemlərin həllini çətinləşdirir. Mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı dəfələrlə daşıyıcı şirkətlərə xəbərdarlıqlar edilib. Artıq tələbləri yerinə yetirməyən daşıyıcı şirkətlərə qarşı əməli tədbirlərin icrasına başlanılıb. Bu çərçivədə 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib".
Şöbə müdiri xatırladıb ki, 06.09.2016-cı il tarixdə Bakı şəhərində 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə istismar olunan 10 TF 297 dövlət qeydiyyat nişanlı, "Midibus-saz" markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və bir neçə sərnişinin sağlamlığına zərər dəyib. İlkin araşdırma zamanı hadisənin törədildiyi avtobusun istismar edildiyi marşrutun həvalə olunduğu daşıyıcı fiziki şəxs ilə bağlanan "60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqavilə"nin müddətinin bitdiyi aşkarlanıb. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası"nın tələbləri də kobud şəkildə pozularaq, qəzaya düşən avtobus istismara yararsız və texniki cəhətdən nasaz olmasına baxmayaraq reysə buraxılıb. Məhz bu səbəblər nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müvafiq sərəncamı ilə daşıyıcı fiziki şəxs ilə bağlanmış 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqaviləyə xitam verilib və həmin daşıyıcı 14.09.2016-cı il tarixindən 60 nömrəli marşrut üzrə müntəzəm sərnişin daşımalarından kənarlaşdırılıb. Sərəncama əsasən, 60 nömrəli marşrut üzrə sərnişindaşımanın təşkili müvəqqəti olaraq digər daşıyıcı fiziki şəxsə həvalə olunub və onunla müvafiq müqavilə bağlanılıb.
İlkin İzzət
Milli.Az
Cəmiyyət
Agentlik sərt tədbirlərə başladı
16 Sentyabr 2016 14:37
2 Şərh
Baxış: 2 501
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Başladığınız işlər alınacaq
- "Çirkli pulla aldıqları bu şərablar..." - Zirəddindən qalmaqallı AÇIQLAMA
- Sosial şəbəkələrdə videosunu yayan direktor saxlanıldı - FOTO
- Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
- 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
- Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
XƏBƏR LENTİ
- Bu kişini görənlər polisə xəbər versin
- Avropa çempionatında tarix yazan güləşçilərimiz Vətənə qayıdıb - FOTO
- 22 yaşlı gənc dərmandan zəhərləndi
- DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - FOTO
- “Mahnılarımla pul qazanırdınız, burnunuzdan gəlsin”
- Əfqanıstanda atışmada 3 ispan vətəndaşı öldü
- "Sandık kokusu"nda gözlənilməz ayrılıq - FOTO
- AB Ermənistana buna görə çağırış etməlidir - Rusiya XİN
- Bu ölkədə güclü zəlzələ oldu
- Nəriman Abbasov çempionluq kəməri uğrunda döyüşəcək
- KİV: Qəzzada atəşkəs danışıqları dayandırıldı
- Bakıda qəza, xəsarət alan var
- KXDR yeni taktiki ballistik raketi sınaqdan keçirib
- Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
- Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
- Rassel Kroun tanınmaz halda - FOTO
- Fransa DTX-nin əməliyyatının qarşısını alıb?
- Banan yeməyin faydaları və zərərləri
- Diqqət: Bu kartof çox təhlükəlidir...
- "Buna görə çox peşmanam"
- Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
- Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
- XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
- Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?