Cəmiyyət

Satıcı bilmədən alıcıdan artıq pul alsa...

27 Avqust 2016 19:10
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Satıcı bilmədən alıcıdan artıq pul alsa, sonra bunu bilsə, amma həmin alıcını tapmaq mümkün olmasa, nə etməlidir?

Milli.Az islam.az-a istinadən bildirir ki, hər şeydən əvvəl, satıcı həmin alıcını axtarıb-tapmağa çalışmalıdır. Əgər bu mümkün olmasa, artıq aldığı pulu bir müddət özündə saxlaması məsləhətdir ki, alıcı geri qayıdıb pulunu tələb etsə, onu qaytara bilsin. Alıcının qayıdıb gələcəyindən ümidini üzəndən sonra satıcı həmin pulu onun əvəzindən sədəqə verməlidir. Yəni pulu ehtiyaclı fəqirə verib, savabını alıcıya bağışladığını niyyət etməlidir. Artıq alınmış pulu heç bir bəhanə ilə mənimsəmək olmaz; bu, qəsbdir və haramdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.