Cəmiyyət

Kök suyunun faydaları saymaqla qurtarmır

23 Avqust 2016 23:50
21 Şərh     Baxış: 23 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürətlə qan artımı və güc verici özəlliyi olan kök suyunun qaraciyəri qüvvətləndirici və mədə bağırsağın fəaliyyətində çox faydalı olduğu bildirilir. Qan itgisində və ya qan azlığında, sürətlə qanın bərpasına kömək edən kök suyu, mədə və bağırsaq qanamalarının qarşısını almaqda da çox faydalıdır. A vitamini və bol mineralı ilə qaraciyərin öz özünü təmin etməsini qüvvətləndirən kök, ənginar ilə birlikdə istifadə edildikdə, qaraciyərdə olan sarılıgı çıxarır,öd miqdarını və axışını artırır,bağırsaqları müalicə edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yara iltihablarının sağalmasına kömək edən kök suyu qanı da təmizləyir. Bədəndəki sidik turşusu, bənzər maddələri, sidiklə xaricə atır. Revmatiz, böyrəkdə qum və daşa qarşı da faydaları vardır. Kök bol A vitamini ilə orqanizmdəki bütün hüceyrələrin fəaliyyətini və yenilənməsini təmin edir, dəriyə təmizlik və çəhrayılıq da gətirir. Ayrıca kökün yaşlanmağın da qarşısını aldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.