Cəmiyyət

Ancaq Azərbaycanda belə qiymət fırıldağı var

1 Mart 2016 22:16
3 Şərh     Baxış: 6 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayramlar yaxınlaşdıqca, Bakıda yalançı endirim kampaniyaları ilə məşğul olan şirkətlər də daha çox diqqət çəkir.
Milli.Az anspress-ə istinadən bildirir ki, istər 8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə, istərsə də, Novruz bayramı münasibəti ilə bir sıra şirkət və mağazalar kampaniyalara başlayıblar.

8 mart münasibəti ilə yoldaşına hədiyyə almaq istəyən Ramin Heybətova mağazalardan biri ilkin ödənişsiz telefon ala biləcəyini söyləyiblər. Həmin mağazaya üz tutanda isə məlum olub ki, ilkin ödənişin əvəzinə mağazadan mütləq nəsə bir aksesuar almalıdır.

"Bir sıra şirkətlər öz saxta kampaniyaları ilə insanları aldadırlar"
Novruz bayramı ilə bağlı telefonuna şirniyyat firmalarından birindən mesaj alan Nuranə Abdullayeva deyir ki, onu iki gündür aldadırlar. "Şirkətlərdən biri fevralın 28-də mənə mesaj yazıb ki, nömrəm hansısa kampaniyaya düşüb və mənə bir qutu paxlava verəcəklər. Mesajda göstərilən nömrəyə iki gündür zəng vururam, hər dəfə də deyirlər ki, paxlavamız qalmayıb. Bilinir ki, bu bir yalandır. Sadəcə öz şirkətlərini reklam etmək istəyirlər", - deyə şikayətçi xanım bildirdi.

Bu günlərdə eyni zamanda bəzi brend mağazalar da öz məhsullarını bayramqabağı endirimlə alıcılara təklif edir. Amma təəssüflər olsun ki, məhsullara tətbiq olunan endirim kampaniyaları heç də həmişə reallığı əks etdirmir.

Çünki mağazaların üzərində yüksək faizli endirimlər olduğu yazılsa da, içəridə məhsulların əksər hissəsində endirimdən əsər-əlamət belə yoxdur. Bundan başqa, çox vaxt üzərində endirim yazılan məhsullar heç də keyfiyyətli olmur.

İqtisadçı Zahid Məmmədov deyir ki, şirkətlərin hansınınsa bayrama görə kampaniya təşkil etməsi düzgün deyil: "Bu, təkcə bizim ölkədə belədir. Xarici ölkələrdə belə bir hala rast gələ bilmərsiniz. Çünki orada kampaniya yalnız daimi müştəriyə görədir. Məsələn, Türkiyədə, Rusiyada bir mağazadan daim mal alırsansa, onda sənə 50% qədər endirim edirlər. Əgər bu mağazalar şəbəkəsidirsə, dünyanın hansı ölkəsində olmağından asılı olmayaraq, orada da endirimdən faydalana bilərsən. Baxmayaraq ki, bunun da bizim ölkəyə aiddiyyatı yoxdur", - deyə iqtisadçı bildirdi.

Zahid Məmmədov Azərbaycanda heç bir mağazada həqiqi endirimə rast gəlinmədiyini də qeyd etdi.

Məsələ ilə bağlı bir müddət əvvəl İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata əsasən, alıcılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və 012-498-15-01 və 012-498-15-04 şəhər nömrələrinə müraciət etsinlər.

Nazirlik sakinlərə endirim tətbiq edilən mağazalara girməzdən əvvəl bir sıra hallara diqqət yetirmələrini bildirir. Həmin hallar aşağıdakılardır:

Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, məsələn, Türkiyədə məhsullara endirim edən mağaza sahibləri endirim edilən məhsulun üzərinə əvvəlki qiyməti və endirimli qiyməti yazırlar. Odur ki, alan da əvvəlki qiymət və hazırki qiyməti müqayisə edir və ona sərf elədiyi halda həmin məhsulu alır.

ABŞ-da isə ildə bir dəfə "Qara cümə" (Black Friday) keçirilir. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar. "Qara Cümə" günü ABŞ-dan başqa daha bir neçə ölkələrdə keçirilir. 2013-cü ilin dekabrın 6-dan Rusiyada həyata keçirilən bu tədbiri ABŞ-dan fərqləndirən odur ki, burada güzəştli məhsullar, əsasən, internet vasitəsilə həyata keçirilir.
Araşdırmalardan belə bir nəticəyə gəlmək olar ki, xarici ölkələrdən fərqli olaraq, bizdə tədbiq olunan endirimlər sadəcə reklam xarakteri daşıyır. Bu isə alıcını aldatmaq anlamına gəlir. Odur ki, saxta endirim yazıları ilə müştəri cəlb etmək istəyənlərə qarşı cərimə tədbiq olunmalı, bu hallar daim nəzarət altında saxlanılmalıdır. O zaman sahibkar öz işində daha məsuliyyətli olar və qarşısındakı alıcıya da hörmət edər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.