"Arzu, salamat qal" yazan neftçinin meyiti Bakıya gətirilib - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
22:47
Xəbər verdiyimiz kimi, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata görə, məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilib və aidiyyəti üzrə təhvil verilib.
---------
13:13
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60 km uzaqlıqda "Berkar" gəmisi kişi cəsədi aşkarlamışdır.
Milli.Az qurumun saytına istinadən bildirir ki, dərhal yaxınlıqda olan Türkmənistana məxsus "BAYAN" gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılmışdır. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilmişdir.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşmüşdür.
---------
13:00
Dekabrın 4-də "Günəşli" yatağında baş verən yanğın zamanı itkin düşən neftçilərdən birinin meyiti bu gün Xəzərin Türkmənistan sahilində tapılıb.
Bu barədə virtualaz.org-a Bakının Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda o da bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyiti gətirmək üçün artıq Türkmənistana yollanıblar.
Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və "Günəşli" yatağının 10-cu platformasında yanğın baş vermişdi. Dərhal görülən xilasetmə tədbirləri nəticəsində 33 nəfər xilas olunmuş, sonradan 8 nəfərin meyiti tapılmışdı. 22 nəfər neftçi isə bu günə qədər itkin düşmüş hesab edilir.
Milli.Az
Uyğun linklər:
İtkin düşən neftçinin son mesajı: "Arzu, salamat qal" - FOTO
"Arzu, salamat qal" yazan neftçi həmin gün baba olubmuş - VİDEO
DİGƏR XƏBƏRLƏR
-
“Qardaşım özünü fəda edib” - Asif həkimin qardaşı - VİDEO
-
“Uşaq bizə gətiriləndə çox baxımsız halda idi, hətta geyimlərini polis əməkdaşları...”
-
Günün qoroskopu: həyatın dərin qatlarını analiz edirsiniz
-
Bakıda bu restoranın fəaliyyəti dayandırıldı - FOTO
-
Şəhid atası vəfat etdi
-
Bir neçə kənddə qaz kəsiləcək
XƏBƏR LENTİ
-
FIFA-dan "Neftçi"yə ağır CƏZA
-
Nəhəng göydələnlər tarlaya çevrildi: Çox az su ilə rekord məhsuldarlıq
-
Nəzakətli olmaqla "həddindən artıq yaxşı" olmaq arasındakı fərq
-
“Türk kişilər diqqətimi çəkmir”
-
Bütün binaları qəhvə çöküntüsü ilə suvayacaqlar
-
Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır
-
"Diri-diri basdırıldıqda..." - İllər sonra açıqladı - FOTO
-
Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir
-
Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece
-
İnsanlar niyə yuxuda danışır?
-
Döşəmə piltələri tarixə qovuşur: 2 mm-lik örtüklə yer qırılmadan yenilənəcək
-
PSJ Çempionlar Liqasının finalına yüksəlib
-
“Qardaşım özünü fəda edib” - Asif həkimin qardaşı - VİDEO
-
“Uşaq bizə gətiriləndə çox baxımsız halda idi, hətta geyimlərini polis əməkdaşları...”
-
Nəvai sürücülük hüququndan məhrum edilə bilər
-
Xorxe Xesusdan 3 il sonra gələn şok "Fənərbağça" etirafı
-
Tramp: İran nüvə silahı ilə bağlı razılığa gəlib
-
Yağı hopdurmadan yumurtalı çörək necə hazırlanır?
-
Saç ağarmasının əsas səbəbi açıqlandı - stres və qidalanma deyilmiş
-
Günün qoroskopu: həyatın dərin qatlarını analiz edirsiniz
-
Bibər nə üçün acıdır?
-
Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları
-
Xalq artistinin nəvəsinin məclisindən VİDEO
-
6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı





